×
A
A
A
Sazlamalar

Üç rübdə nəqliyyat vasitələri ilə 140,6 milyon ton yük daşınıb

Bakı, 31 oktyabr, AZƏRTAC

Cari ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 140,6 milyon ton yük daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 59,1 faizi avtomobil, 7,7 faizi dəmir yolu, 3,1 faizi dəniz, 0,2 faizi hava nəqliyyatı, 29,9 faizi isə boru kəməri ilə daşınıb.

 

Nəqliyyat 2020-10-31 15:34:00