×
A
A
A
Sazlamalar

Azərbaycanın cari ildə ən çox məhsul aldığı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr hansılardır?

Bakı, 31 oktyabr, AZƏRTAC

Yanvar-sentyabr aylarında Azərbaycanın ən çox məhsul idxal etdiyi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr sırasında ilk üçlükdə Türkiyə, İran və Qazaxıstan qərarlaşıb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, Türkiyədən idxalın dəyəri 1 milyard 129,9 milyon ABŞ dolları, İrandan 210,3 milyon dollar, Qazaxıstandan isə 57,1 milyon dollar təşkil edib.
Azərbaycan keçən ilin müvafiq dövrünə nisbətən hər üç ölkədən idxalı azaldıb.

İqtisadiyyat 2020-10-31 15:03:00