×
A
A
A
Sazlamalar

Tarix Muzeyində eramızdan əvvəl XII-IX əsrlərə aid gil dolça qorunur

Bakı, 31 oktyabr, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda eramızdan əvvəl XII-IX əsrlərə aid gil dolça qorunur.
Muzeydən AZƏRTAC-a bildirilib ki, dolça yaxşı bişirilmiş və gili tünd boz rəng alıb. Gövdəsinin bəzi hissələrində gilinin rəngi qaradır. Qabın ağzı boğazdan yuxarı kənara doğru enlənir, gövdəsi isə şarvarı formaya malikdir. Dolçanın ağız tərəfi ilə gövdə arasına qövsvarı qulp yapılıb. Oturacağı düzdür, cilalanmış səthi isə sayadır. Ağzının bir hissəsi sınaraq qopsa da, saxlanma vəziyyətinə görə qismən tamdır. Dolça 1927-ci ildə Ağdamdan tapılıb.

Elm və təhsil 2020-10-31 13:23:00