Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Kitabxana “Şücaətli Azərbaycan Ordusunun uğurları” adlı layihəyə start verib

Bakı, 31 oktyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi cəbhə bölgəsində gedən döyüşlərdə şücaət göstərən Azərbaycan Ordusuna dəstək olaraq “Şücaətli Azərbaycan Ordusunun uğurları” adlı layihəyə start verib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, layihə əsasında hazırlanan ilk videoçarxda azad edilmiş Azərbaycan torpaqları haqqında məlumatlar verilir.
Videoçarx Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədovanın ifa etdiyi “Azərbaycan” mahnısı ilə müşayiət edilir.

 

Mədəniyyət 2020-10-31 12:24:00