×
A
A
A
Sazlamalar

Doqquz ayda Şəkidə 1713 uşaq dünyaya gəlib

Şəki, 31 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Bu ilin doqquz ayında Şəkidə əhalinin sayı 956 nəfər artaraq 189 min 43 nəfərə çatıb. Onlardan 68 min 484 nəfəri Turan və Çələbixan qəsəbələri də daxil olmaqla şəhər, 120 min 559 nəfəri isə kənd əhalisidir. Ümumiyyətlə, əhalinin 36,2 faizi şəhər, 63,8 faizi isə kənd yerlərində məskunlaşıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Statistika İdarəsinin rəisi Qəşəm Kərimov məlumat verib.
İdarə rəisi bildirib ki, bu ilin yanvar-sentyabr aylarında Şəki rayonunda 1713 uşaq dünyaya gəlib. Onların 858 nəfəri şəhər, 855 nəfəri isə kənd əhalisinin payına düşür. Doqquz ayda rayonda 858 ölüm halı qeydə alınıb. Həmin müddətdə rayon Qeydiyyat şöbəsi tərəfindən Şəkidə 424 nikah və 153 boşanma halı rəsmiləşdirilib.

Regionlar 2020-10-31 12:01:00