×
A
A
A
Sazlamalar

Kimin ağrıyır canı, bol çay içsin mərcanı – Lənkəranın çay plantasiyalarından fotoreportaj

Bakı, 31 oktyabr, foto R.İsmayılov, AZƏRTAC

Azərbaycanda qeyri-neft sektorunun inkişafına göstərilən dövlət qayğısı, məhsul istehsalçılarına verilən subsidiyalar çayçılığın inkişafı üçün də geniş imkanlar yaradıb. Çay istehsalının böyük hissəsi Lənkəran iqtisadi rayonunun payına düşür. Hazırda bu rayonda çay plantasiyasının sahəsi 628 hektar təşkil edir və ilbəil genişlənir.
Çayçılığın daha da inkişaf etdirilməsi üçün “Azərbaycan Respublikasında 2017-2026-cı illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı” qəbul olunub. Proqramın həyata keçirilməsi nəticəsində çayçılığın inkişaf etdirilməsi ilə bağlı görülən işlər sürətlənəcək, çay plantasiyalarının əkin sahəsi xeyli artacaq.
Lənkəranda çayçılığın inkişaf etdirilməsində İstisu qəsəbəsində yerləşən “Yaşıl çay” fermer təsərrüfatı MMC-nin də böyük rolu var. MMC-nin çay sahələri ildən-ilə genişləndirilir, keyfiyyətli və təbii çay istehsalına xüsusi önəm verilir.
AZƏRTAC “Yaşıl çay” fermer təsərrüfatının çay plantasiyasından çəkdiyi fotoları təqdim edir.

Kənd təsərrüfatı 2020-10-31 10:58:00