“Say Hallelujah” mahnısı bəşəriyyəti terrora son qoymağa səsləyir
Bakı, 31 oktyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Tofiq Quliyev adına 17 nömrəli onbirillik musiqi məktəbinin şagirdi, Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələrdə ölkəmizi layiqincə təmsil edən gənc istedad Fidan Hüseynova və “Eurovision” mahnı müsabiqəsinin ulduzu Elnur Hüseynov Ermənistanın Gəncədə törətdiyi terror aktları barədə klip çəkiblər.
İdarədən AZƏRTAC-a bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Gəncəyə atdığı raketlər nəticəsində dinc sakinlərin ölümü və balaca uşaqların həyatını itirməsindən təsirlənən Fidan valideynləri ilə hadisə yerinə gedib. Gördüyü dəhşətlər kövrək qəlbinin əks-sədasına çevrilib və gənc istedadımız Elnur Hüseynovla birlikdə dünya ictimaiyyətinə səslənərək “Say Hallelujah” mahnısını ifa edib.
Mahnıya çəkilmiş videoklip Fidan Hüseynovanın rəsmi “YouTube” kanalında təqdim edilib və açıqlamada Gəncədə törədilən hadisələr haqqında məlumat verilərək insanlara terrora son qoymaq çağırışı edilib.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir