×
A
A
A
Sazlamalar

Hikmət Hacıyev: Dualarımız qardaş Türkiyə ilə birlikdədir

Bakı, 30 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “tvitter”dəki səhifəsində Türkiyədə baş verən zəlzələ ilə bağlı paylaşım edib.
AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: "Dualarımız qardaş Türkiyə ilə birlikdədir. Zəlzələdə həyatını itirənlərə Uca Allahdan rəhmət diləyirik. Başın sağ olsun Türkiyə! Keçmiş olsun”.

Siyasət 2020-10-30 23:01:00