×
A
A
A
Sazlamalar

Türkiyədə zəlzələdə həlak olanların sayı 12 nəfərə çatıb

İstanbul, 30 oktyabr, AZƏRTAC

İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 12 nəfərə, yaralananların sayı 438 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.
Xatırladaq ki, bu gün yerli vaxtla saat 14:51-də Türkiyənin Egey bölgəsində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar İstanbul da daxil olmaqla, Egey və Marmara bölgəsinin hər yerində hiss edilib.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2020-10-30 21:35:00