×
A
A
A
Sazlamalar

Yunanıstanın Baş Naziri Türkiyə Prezidentinə zəng edib

Ankara, 30 oktyabr, AZƏRTAC

Yunanıstanın Baş Naziri Kiriakos Mitsotakis Türkiyənin Egey bölgəsində baş verən zəlzələ ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğana zəng edib.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, liderlər qarşılıqlı olaraq bir-birilərinə “keçmiş olsun” deyiblər.
Qeyd edək ki, Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias da təbii fəlakətlə bağlı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğuluna zəng edib.

 

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Dünya 2020-10-30 20:32:00