×
A
A
A
Sazlamalar

Ermənistan silahlı qüvvələri Tərtər rayonunun Ələsgərli kəndini raket atəşinə tutub

Bakı, 30 oktyabr, AZƏRTAC 

Ermənistan silahlı qüvvələri Tərtər rayonunun Ələsgərli kəndini raket atəşinə tutub.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twiter” hesabında bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan Tərtər rayonunun Ələsgərli kəndinə “Smerç” raketi atıb. Raket tezliklə ANAMA tərəfindən zərərsizləşdiriləcək. Xoşbəxtlikdən raket partlamayıb.

Ordu 2020-10-30 19:50:00