×
A
A
A
Sazlamalar

PSJ-nin prezidenti bəraət alıb

Bakı, 30 oktyabr, AZƏRTAC

İsveçrə məhkəməsi korrupsiyada ittiham olunan Fransanın “Paris Sen-Jermen” (PSJ) futbol klubunun prezidenti və “beIN Media Group”un rəhbəri Nasser al-Helaifinin bəraət alması ilə bağlı qərar verib.
AZƏRTAC AFP nəşrinə istinadla xəbər verir ki, PSJ-nin prezidenti dünya çempionatları matçlarının yayım hüquqlarının alınması üçün FIFA-nın sabiq baş katibi Jerom Valkeyə rüşvət verməkdə günahlandırılırdı.
Qeyd edək ki, N.al-Helaifi 2013-cü ildən media holdinqin rəhbəridir. O, 2011-ci ildən PSJ-nin rəhbəri, Qətər Tennis Federasiyasının prezidenti, Asiya Tennis Federasiyasının vitse-prezidenti vəzifələrində çalışır.

İdman 2020-10-30 19:17:00