×
A
A
A
Sazlamalar

Avropa Liqasında həftənin ən yaxşısı adına namizədlərin adı açıqlanıb

Bakı, 30 oktyabr, AZƏRTAC

UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına 4 namizədin adı açıqlanıb.
AZƏRTAC xəbər verir ki, bu ada “Lüdoqorets”dən (Bolqarıstan) Elvis Manu, “Volfsberq”un (Avstriya) üzvü Mixael Lindl, Niderland PSV-sindən Donyell Malen və Serbiyanın “Srvena Zvezda” komandasından El-Fardu Ben-Nabuan iddia edirlər.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində müəyyənləşəcək.

İdman 2020-10-30 18:31:00