×
A
A
A
Sazlamalar

Türkiyə Milli Müdafiə Nazirliyi zəlzələ ilə bağlı operativ qərargah yaradıb

Ankara, 30 oktyabr, AZƏRTAC

Türkiyə Milli Müdafiə Nazirliyi ölkənin Egey bölgəsində baş verən dağıdıcı zəlzələ ilə bağlı operativ qərargah yaradıb.
AZƏRTAC nazirliyin rəsmi saytına istinadla xəbər verir ki, qurum təbii fəlakət bölgəsinə iki helikopter göndərib. Ankara, Ərzurum və Diyarbəkirdən isə Hərbi Hava Qüvvələrinə məxsus üç hərbi təyyarənin İzmirə yola salınması planlaşdırılır.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2020-10-30 18:24:00