Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İcbari Sığorta Bürosunun əməkdaşları “Əsgərə məktub” layihəsinə qoşulublar

Bakı, 30 oktyabr, AZƏRTAC

İcbari Sığorta Bürosunun (İSB) rəhbərliyi və qurumun əməkdaşları “ASAN Könüllüləri” təşkilatının “Əsgərə məktub” layihəsinə qoşulub.
İSB-dən AZƏRTAC-a bildirilir ki, İcbari Sığorta Bürosunun əməkdaşlarının əsgərlərə ünvanladığı məktublarda Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın azadlığı uğrunda apardığı döyüşlərdən qürur hissi ilə bəhs edilib. Məktubda mənfur düşmənə qarşı göstərdikləri rəşadətli mübarizəyə görə Azərbaycan əsgərinə minnətdarlıq ifadə olunub. Şanlı və müzəffər Azərbaycan əsgərinə məktublar “Qarabağın ən böyük sığortaçısı Azərbaycan əsgəridir!” devizi ilə yazılıb.
Xatırladaq ki, “ASAN Könüllüləri” təşkilatının “Əsgərə Məktub” layihəsi çərçivəsində xalqımızın birliyini simvolizə edən bütün məktublar cəbhə bölgəsində döyüşən əsgərlərimizə çatdırılır. İnanırıq ki, bu təşəbbüslər ölkəmizin qazanacağı böyük qələbəyə kiçik töhfə olacaq.
Qələbə bizimdir! Qarabağ Azərbaycandır!

Maliyyə 2020-10-30 17:06:00