×
A
A
A
Sazlamalar

Rəcəb Tayyib Ərdoğan: Dövlətimiz bütün imkanları ilə zəlzələdən zərər çəkən vətəndaşlarımızın yanındadır

İstanbul, 30 oktyabr, AZƏRTAC

Dövlətimiz bütün imkanları ilə zəlzələdən zərər çəkən vətəndaşlarımızın yanındadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Egey bölgəsində baş vermiş 6,6 bal gücündə zəlzələ ilə bağlı ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Məlumatda deyilir: “İzmirdə meydana gələn zəlzələdən təsirlənən bütün vətəndaşlara keçmiş olsun. Dövlətimiz bütün imkanları ilə zəlzələdən zərər çəkən vətəndaşlarımızın yanındadır. Əlaqədar bütün qurumlarımız, nazirlərimiz bölgədə lazımi işlərin başlaması üçün hərəkətə keçiblər”.
Xatırladaq ki, hadisə nəticəsində dağıntıların altında insanların olduğu bildirilir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2020-10-30 17:04:00