×
A
A
A
Sazlamalar

İzmirdə dağıntılar altından üç nəfər xilas edilib

İstanbul, 30 oktyabr, AZƏRTAC

İzmirdə dağıntılar altından üç nəfər xilas edilib. Onlar dağılan yeddimərtəbəli 21 mənzilli binanın ən üst mərtəbəsindən sağ çıxarılıblar.
AZƏRTAC xəbər verir ki, ilkin məlumata görə bölgədə beş bina tam dağılıb, dağıntılar altında qalanlar var. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Yeraltı təkanların ardından Egey dənizinin İzmirin Seferihisar rayonu ərazisində sunami baş verib. Təbiət hadisəsi nəticəsində dəniz daşıb. Bir çox iş yerləri və avtomobillər su altında qalıb.
Əhalinin evlərinə girməməsi, avtomobillərdən olduqca az istifadə etməsi barədə xəbərdarlıq olunub.
Xatırladaq ki, oktyabrın 30-da yerli vaxtla saat 14.51-də Türkiyənin Egey bölgəsində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar İstanbul da daxil olmaqla ölkənin Marmara bölgəsində hiss edilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2020-10-30 17:24:00