×
A
A
A
Sazlamalar

“Qarabağ” klubu UEFA-nın reytinq cədvəlində mövqeyini qoruyub

Bakı, 30 oktyabr, AZƏRTAC

Avrokubokların qrup mərhələsinin ikinci turundan sonra futbol klublarının UEFA reytinqi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Avropanın ən yaxşı 100 komandası sırasında yer alan Azərbaycanın yeganə klubu “Qarabağ” 64-cü pillədəki mövqeyini qoruyub.
Ağdam təmsilçisi 21,000 xalla Rumıniyanın “Styaua” komandası ilə 64-65-ci yerləri bölüşür.
Qeyd edək ki, reytinqə 115 xalla Almaniyanın “Bavariya” klubu başçılıq edir.

İdman 2020-10-30 17:13:00