×
A
A
A
Sazlamalar

Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həlak olanların xatirəsi Belarusda da yad edilir

Minsk, 30 oktyabr, AZƏRTAC

Oktyabrın 27-28-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə şəhərini raket atəşinə tutmasının acı nəticələri ilə əlaqədar ölkəmizin Belarusdakı səfirliyinin binası önündə xatirə lövhəsi yaradılıb.
AZƏRTAC xəbər verir ki, xatirə lövhəsini ziyarət edənlər ballistik raket atəşi nəticəsində həlak olmuş və yaralanmış azərbaycanlı mülki şəxslərin xatirəsini anıblar.

 

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk

Cəmiyyət 2020-10-30 16:39:00