×
A
A
A
Sazlamalar

Respublika Uşaq Kitabxanası vətənpərvərlik mövzusunda şeir müsabiqəsi elan edib

Bakı, 30 oktyabr, AZƏRTAC

F.Köçərli adına Respublika Uşaq Kitabxanası vətənpərvərlik mövzusunda “Bu gün gərək hər anımız Vətən! - desin!” adlı şeir müsabiqəsi elan edib.
AZƏRTAC xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələri vətənpərvərlik ruhunda tərbiyə etmək, onlarda doğma vətənə şeir vəsf etmə hisslərini aşılamaq və bu sahədə xüsusi istedadları tapmaqdır.
Müsabiqə 7-17 yaşda olan uşaq və yeniyetmələr arasında keçirilir. Müsabiqəyə yalnız 1 iştirakçı tərəfindən 1 şeir təqdim edilə bilər. Müəllif özü haqqında məlumatı - ad, soyad, ata adı, oxuduğu təhsil müəssisəsi, bölmə, sinif, telefon nömrəsi, elektron poçt ünvanını qeyd etməlidir. Şeirlərin son qəbul tarixi noyabrın 30-da başa çatır.
Müsabiqə başa çatdıqdan sonra münsiflər heyəti tərəfindən 3 qalib seçiləcək. Digər iştirakçılara isə həvəsləndirici diplom və kitablar veriləcək.
Ətraflı məlumat əldə etmək istəyənlər http://clb.az/-bu-gn-grk-hr-anmz-vtn-desin-adl-eir-msabiqsi_d3004.html linkinə müraciət edə bilərlər.

 

Mədəniyyət 2020-10-30 15:49:00