×
A
A
A
Sazlamalar

Azərbaycanın dinc əhalisinə qarşı terror əmrini verən dörd erməni məmur barəsində beynəlxalq axtarış elan olunub

Bakı, 30 oktyabr, AZƏRTAC

Azərbaycanın dinc əhalisinə qarşı terror cinayətlərinin törədilməsi əmrini verən yüksək rütbəli dörd erməni məmur barəsində beynəlxalq axtarış elan olunub.
AZƏRTAC xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev oktyabrın 30–da ölkəmizdə akkreditə olunan diplomatik korpusun, yerli və beynəlxalq media qurumlarının nümayəndələri üçün təşkil olunan brifinqdə bildirib.
Kamran Əliyev deyib ki, Azərbaycanın istintaq orqanları tərəfindən Ermənistan nümayəndəsi, özünü qondarma “Dağlıq Qarabağ respublikası”nın prezidenti elan edən Araik Arutunyan, onun köməkçisi David Babayan, qondarma rejimin “müdafiə naziri” adlandırılan Cəlal Arutunyan və deputat Armen Babacanyan barəsində cinayət işi başlanıb. Onlar müharibə cinayətləri törətməkdə təqsirləndirilirlər və həmin şəxslərin istintaqa cəlb olunmaları barədə qərar qəbul edilib. Onların tutularaq istintaqa cəlb edilmələri barədə İnterpola məlumat verilib.

 

Sosial 2020-10-30 15:46:00