×
A
A
A
Sazlamalar

Azərbaycanın Berlindəki səfirliyinin qarşısında Bərdəyə raket hücumlarını əks etdirən fotostend quraşdırılıb

Berlin, 30 oktyabr, AZƏRTAC

Ermənistan silahlı qüvvələri tərəfindən oktyabrın 27-28-də Azərbaycanın Bərdə şəhərinə endirilən raket zərbələri nəticəsində həlak olan çox sayda dinc sakinin, o cümlədən qadın və uşaqların xatirəsinin yad edilməsi məqsədilə ölkəmizin Berlindəki səfirliyinin binası önündə stend quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, stenddə erməni vəhşiliyinin qurbanı olan şəxslərin, o cümlədən həyatını itirən uşaqların, habelə raket zərbəsi nəticəsində dağılmış yaşayış binalarının və mülki obyektlərin fotoları əksini tapıb.


Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Cəmiyyət 2020-10-30 15:41:00