×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyev: Azərbaycan Ordusu Cəbrayılın, Zəngilanın və Qubadlının 9 kəndini işğaldan azad edib

Bakı, 30 oktyabr, AZƏRTAC

Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vejnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir.
Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün “Twitter” hesabında bildirib.

Rəsmi xronika 2020-10-30 15:01:00