×
A
A
A
Sazlamalar

İyirmi konteynerdən ibarət otel

Bakı, 30 oktyabr, AZƏRTAC

ABŞ-ın Kaliforniya ştatında 58 hektar üzümlük sahəsində tikilən otel ekzotika həvəskarları üçün gözəl məkana çevrilib.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, otel nömrələri xüsusi dizaynlı 20 dəniz konteynerindən ibarətdir.
“Geneseo Inn” adlanan mehmanxana kompleksində komfortlu nömrələr, istirahət zonası, qonaq evi və ofis fəaliyyət göstərir. Otelin enerji təchizatı damlar üzərində quraşdırılmış günəş batareyaları vasitəsilə həyata keçirilir. Kompleksin inşasında əsasən təbii materiallardan istifadə edilib.
Otelin hər nömrəsində 3 yataq və 2 vanna otağı ilə yanaşı, qonaq otağı və mətbəx də var.

Bu maraqlıdır 2020-10-30 14:50:00