Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Kukla Teatrı uşaqları “Cırtdan” tamaşası ilə sevindirəcək

Bakı, 30 oktyabr, AZƏRTAC

Noyabrın 1-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sosial şəbəkələrində “Cırtdan” tamaşasını nümayiş etdirəcək. Tamaşa teatrın “Youtube” kanalında saat 12:00-da göstəriləcək.
AZƏRTAC xəbər verir ki, teatrın təqdim etdiyi tamaşa uşaq yazıçısı Mirmehdi Seyidzadənin məşhur “Cırtdan” mənzum nağıl-pyesi əsasında hazırlanıb.
Yeni tərtibatda hazırlanan tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. O, səhnələşdirməsi mərhum dramaturq Rəhman Əlizadəyə məxsus tamaşaya müasir kukla texnikalarının köməyi ilə fərqli səhnə həlli verib. Birhissəli kukla tamaşasının quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur. Mərhum bəstəkarın bu tamaşaya yazdığı musiqilər də yeni səsləndirmədə təqdim olunur.

 

Teatr və kino 2020-10-30 14:37:00