×
A
A
A
Sazlamalar

Cari ildə 234,7 min ton meyvə-tərəvəz idxal edilib

Bakı, 30 oktyabr, AZƏRTAC
Bu ilin 9 ayında ölkəyə 234,7 min ton meyvə-tərəvəz idxal olunub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, idxal olunan meyvə-tərəvəzin dəyəri 141,4 milyon dollar təşkil edib.
Xatırladaq ki, ötən ilin yanvar-sentyabr aylarında 130,6 milyon dollarlıq 222,8 min ton meyvə-tərəvəz idxal olunub.

İqtisadiyyat 2020-10-30 14:36:00