Avropa Liqasının ikinci turunun rəmzi komandası açıqlanıb
Bakı, 30 oktyabr, AZƏRTAC
Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin ikinci turunun rəmzi komandası açıqlanıb.
AZƏRTAC xəbər verir ki, bu dəfə heyətdə 11 müxtəlif klubun üzvləri yer alıb. Heç bir komandanın iki futbolçu ilə təmsil olunmadığı heyətə Azərbaycan çempionu “Qarabağ”ın yer aldığı “I” qrupunun futbolçusu düşməyib.
Heyətdə qapıçı - Qustavo Busatto (MOİK), müdafiəçilər - Dioqo Dalot (“Milan”), Ceremi Gelin (“Antverpen”), Stian Qreqersen (“Molde”), Borna Barişiç (“Reyncers”), yarımmüdafiəçilər - Pizzi (“Benfika”), Mihael Liendl (“Volfsberger”), Co Uillok (“Arsenal”), hücumçular - El Fardu Ben Nabuhan (“Srvena Zvezda”), Elvis Manu (“Lüdoqorets”) və Mohamed Elyunussi (“Seltik”) yer alıblar.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir