×
A
A
A
Sazlamalar

Kərə yağı və süddən hazırlanmış digər yağların idxalı artıb

Bakı, 30 oktyabr, AZƏRTAC
Yanvar-sentyabr aylarında ölkəyə 12,7 min tondan çox kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadla xəbər verir ki, idxal edilən kərə yağı və süddən hazırlanmış digər yağların dəyəri 62,7 milyon dollar olub.
Xatırladaq ki, keçən ilin eyni dövründə 49,8 milyon dollarlıq 9,8 min tondan çox kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

İqtisadiyyat 2020-10-30 14:31:00