“Yenə o bağ olaydı” səyyar sərgisi davam edir
Bakı, 30 oktyabr, AZƏRTAC
“YARAT” Müasir İncəsənət Məkanının Xaçmaz rayonunda incəsənət həvəskarları üçün təşkil etdiyi “Yenə o bağ olaydı” adlı səyyar sərgisinin vaxtı uzadılıb.
AZƏRTAC xəbər verir ki, sərgi ziyarətçilər üçün noyabrın 27-dək açıq qalacaq. Sərginin ekspozisiyasında rəssamlar Ağababa Bağırov, Etibar İsmayılov, Günay Əliyeva, Mousa Bəyzadə, Nəzrin Məmmədova, Vüsalə Ağarazıyeva, Leyli Qafarova kimi gənc sənətçilərin və tanınmış italiyalı rəssam Mikelancelo Pistolettonun əsərləri təqdim olunur. Bununla yanaşı, sərgi Ruslan Abbasov, Günel Axundlu, Rəna Bəşirova, Timo Herbst, Orxan Hüseynov, Mersedes Şturm-Li və Fərid Rəsulovun əsərlərini özündə ehtiva edən videoskrininq proqramı ilə müşayiət olunur. Həmçinin “YARAT” “Nargis Magazine” ilə birgə əməkdaşlıq çərçivəsində “Recycle Project” (2019) layihəsinə daxil olan “Pablik art” proqramını təqdim edir. Burada Rəşad Ələkbərovun “Reuse, Reduce, Recycle” installyasiyası nümayiş olunur.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir