×
A
A
A
Sazlamalar

Formula 1: “Alfa Romeo” komandası 2021-ci il üçün heyətini açıqlayıb

Bakı, 30 oktyabr, AZƏRTAC

İtaliyanın İmola şəhərində təşkil olunacaq Formula 1 yarış həftəsonu başlamazdan əvvəl “Alfa Romeo” komandası 2021-ci il üçün heyətini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Kimi Raykkonen və Antonio Covinatsi gələn il də komandanın uğurları üçün çalışacaqlar.
Qeyd edək ki, K.Raykkonen hazırkı mövsümdə 2 xalla pilotların siyahısında 17-ci, A.Covinatsi isə 3 xalla 16-cı sırada qərarlaşıblar.
İmolada Formula 1 yarışı noyabrın 1-də keçiriləcək.

İdman 2020-10-30 12:55:00