×
A
A
A
Sazlamalar

“Universiada-2023”ün hazırlığına 21 milyard rubldan çox vəsait sərf ediləcək

Bakı, 30 oktyabr, AZƏRTAC

Yekaterinburqda 2023-cü ildə keçiriləcək Ümumdünya Yay Universiadasının hazırlığına sərf ediləcək vəsaitin miqdarı təsdiqlənib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “Universiada-2023”ün təşkili üçün xərclərin 21,3 milyard rubl həcmində planlaşdırıldığı vurğulanıb. Bundan əvvəl, yarışa hazırlıq proqramının həyata keçirilməsi üçün ümumi vəsaitin 64,7 milyard rubl olacağı bildirilmişdi.
Xatırladaq ki, XXXI Ümumdünya Yay Universiadası 2021-ci ildə Çinin Çendu şəhərində təşkil olunacaq. Ötən il İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.

İdman 2020-10-30 12:22:00