×
A
A
A
Sazlamalar

Sentyabrda ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb

Bakı, 29 oktyabr, AZƏRTAC

Sentyabrda Azərbaycana idxal olunan avtomobillərin sayı 5454 ədəd, dəyəri isə 63 milyon 156 min ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, keçən ay ölkəyə gətirilən avtomobillərin 21-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 5010-u əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 417-si yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 6-sı isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

Nəqliyyat 2020-10-29 16:36:00