×
A
A
A
Sazlamalar

“Ayrı-seçkiliksiz gələcəyim” adlı fotomüsabiqə keçirilir

Bakı, 29 oktyabr, AZƏRTAC

Avropa Şurası (AŞ) və Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri üzrə “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II” (PGG II) birgə proqramı çərçivəsində “Ayrı-seçkiliksiz gələcəyim” adlı fotomüsabiqə keçirilir.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi bərabərlik, ayrı-seçkiliyin qarşısının alınması, müxtəliflik, birgə yaşama, milli azlıqlar və gender bərabərliyi kimi mövzuların ölkələr üçün kəsb etdiyi əhəmiyyəti göstərməkdən ibarətdir.
Müsabiqədə iştirak etmək üçün qeyd olunan mövzulara aid olan fotoşəkilləri ingilis dilində maksimum 40 sözdən ibarət başlıqla “Instagram” sosial media platformasında “#PGG4citizens” həştəqi ilə paylaşıb Avropa Şurasının hesabını (@councilofeurope) qeyd etmək lazımdır.
Ətraflı məlumat www.pjp-eu.coe.int internet səhifəsindən əldə edilə bilər.
Müsabiqə noyabrın 15-dək davam edəcək. Ən yaxşı fotoşəkillər AŞ kanalları vasitəsilə nümayiş etdiriləcək.

Mədəniyyət 2020-10-29 17:59:00