“Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi davam edir
Bakı, 29 oktyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının həyata keçirdiyi layihələrə qoşularaq dəstək verən şairlərdən biri də şair-qəzəlxan Əli Ələmidir.
İdarədən AZƏRTAC-a bildirilib ki, AYB-nin üzvü, şair-qəzəlxan Əli Ələmi (Əli Əmirov) qələmə aldığı yeni qəzəl və şeirlərini kitabxanaya təqdim edib.
Vətən üçün canından keçərək, ölməzlik zirvəsinə ucalan şəhidlərimizin məzarı and yerimiz, qürur mənbəyimizdir. Təqdim etdiyi qəzəldə Əli Ələmi bu müqəddəs məkanı “Gülüstan”, əsgər tək bir cərgədə düzülmüş baş daşlarını isə Kəbə daşının bir zərrəsi adlandırır.
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir
“Ümid nəğməsi” tamaşasının premyerası olub VİDEO
Mədəniyyət naziri Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə görüşüb