×
A
A
A
Sazlamalar

Gəmiçilik Keyfiyyət Sağlamlıq Əməyin Təhlükəsizliyi və Ətraf mühitinin mühafizəsinə dair hesabatı açıqlayıb

Bakı, 29 oktyabr, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) 2020-ci ilin ikinci rübü üzrə Keyfiyyət Sağlamlıq Əməyin Təhlükəsizliyi və Ətraf mühitinin mühafizəsi haqqında hesabatı açıqlanıb.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, hesabatda rüb ərzində QSC-də qeydə alınmış və yan keçmiş hadisələrin, daxili audit və monitorinqlərin, idarələr üzrə təkrarlanan nöqsanların sayı və statusu barədə məlumat verilib. Həmçinin burada donanmalar və idarələrdə Keyfiyyət Sağlamlıq Əməyin Təhlükəsizliyi və Ətraf mühitinin mühafizəsi üzrə göstəricilərin statistikası da əksini tapıb.
Qeyd olunub ki, cari ilin ikinci rübündə ASCO-nun bütün idarələri üzrə əmək qabiliyyətinin itirilməsinə yol verilmədən iş saatlarının miqdarı 2 milyon 978 min 470 saat təşkil edib.
Təhlükəsizlik hesabatında koronavirusla əlaqədar tətbiq olunan karantin rejimi ilə bağlı ASCO-da həyata keçirilən tədbirlərdən də bəhs olunub.
Hesabatda rüb ərzində dünya gəmiçiliyində baş verən qəzalar və onların kökündə duran səbəbləri, həmçinin görülən işlər və qarşıdakı hədəflər barədə məlumat verilib.

Nəqliyyat 2020-10-29 14:41:00