×
A
A
A
Sazlamalar

Evdən oğurluq etməkdə şübhəli bilinən Abşeron rayon sakini saxlanılıb

Bakı, 29 oktyabr, AZƏRTAC

Yasamal rayonunda oğurluqla məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Cinayət Axtarışı İdarəsinin və Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 800 manat, 10 min ABŞ dolları məbləğində pul və 30 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən digər şəxs - Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş R.Ələkbərov yaxalanıb.
Faktla bağlı təhqiqat davam etdirilir.

Hadisə 2020-10-29 13:03:00