×
A
A
A
Sazlamalar

Ölkəyə gətirilən məhsulların 20,1 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb

Bakı, 29 oktyabr, AZƏRTAC

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana idxal olunan məhsulların 20,1 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, idxalın 64,6 faizini avtomobil, 11,1 faizini hava, 4,1 faizini dəniz nəqliyyatı, 0,1 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql olunan yüklər təşkil edib.

Nəqliyyat 2020-10-29 10:49:00