×
A
A
A
Sazlamalar

Ət idxalının həcmi azalıb

Bakı, 29 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında ölkəyə 33,6 min ton ət idxal edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, idxal edilən ətin dəyəri 60,3 milyon ABŞ dolları olub.
Xatırladaq ki, keçən ilin eyni dövründə 56,5 milyon dollarlıq 37,4 min ton ət idxal edilib.

İqtisadiyyat 2020-10-29 10:34:00