×
A
A
A
Sazlamalar

® Azercell Bərdəlilərin yanındadır!

Mobil operator Bərdə sakinlərini dəstəkləmək məqsədilə onların balansını bütün istiqamətlərdə zəng və SMS üçün artırdı

Bakı, 28 oktyabr, АZƏRTAC

Azərbaycan xalqının öz əzəli torpaqlarının düşməndən azad edilməsi yolunda cəbhədəki uğurlarının artdığı ərəfədə erməni separatçılarının təxribatları və dinc əhaliyə qarşı terror aktları, təəssüf ki, dayanmır. Oktyabrın 27-si və 28-də Bərdə şəhərinin çoxsaylı raket atəşlərinə tutulması nəticəsində mülki əhalinin ölümü və yaralanması bütün ölkəmizi sarsıltdı.
Bu məqamda Bərdədə olan insanların daha çox telefon zəngləri etdiyini nəzərə alaraq, Azercell şirkəti hazırda zərbə altında olan qədim Bərdə şəhərindəki abunəçilərinə rabitə dəstəyi göstərib və onların balansına bütün istiqamətlərdə zənglər üçün 50 dəqiqə və 50 SMS yükləyib. Ümid edirik ki, bu dəstək Bərdədə olan vətəndaşlarımızın rabitə qayğılarının nisbətən aradan qaldırılmasına yardımçı olacaq.
Xatırladaq ki, bundan öncə də Azercell dəfələrlə düşmən raketlərinin qurbanına çevrilmiş Gəncə şəhərinin sakinləri üçün də analoji olaraq bütün istiqamətlərdə balans artırmışdı.
Ermənistanla uzun sürən münaqişə şəraitində dinc Azərbaycan əhalisinə qarşı edilən zorakılıq qəbuledilməzdir və hərbi cinayətə aid olunur. Dünya ictimaiyyətinin erməni təxribatlarına biganə qalmamasına ümid edir və ordumuzun döyüş meydanında düşmənə layiqincə cavab verəcəyinə inanırıq!
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Qarabağ Azərbaycandır!
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49 faiz; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2 faiz (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8 faiz təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. Azercell nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə təşkilat arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib.

İqtisadiyyat 2020-10-28 20:44:00