×
A
A
A
Sazlamalar

Üç rübdə ölkədə 2679,1 kiloqram qızıl istehsal edilib

Bakı, 28 oktyabr, AZƏRTAC
Yanvar-sentyabr aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 2679,1 kiloqramı qızılın payına düşüb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz azalıb.
Oktyabrın 1-nə olan vəziyyətə əsasən, 357 kiloqram hazır qızıl ehtiyatı var.

Sənaye 2020-10-28 17:43:00