×
A
A
A
Sazlamalar

Gümüş istehsalı 13,5 faiz artıb

Bakı, 28 oktyabr, AZƏRTAC

Yanvar-sentyabr aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 3259 kiloqramı gümüşün payına düşüb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz artıb.
Oktyabrın 1-nə olan vəziyyətə əsasən, hazır gümüş ehtiyatı 167,2 kiloqram təşkil edib.

İqtisadiyyat 2020-10-28 17:20:00