Anar Kərimov: İşğaldan azad olunan ərazilərimizdə muzeylərimiz bərpa olunacaq
Bakı, 28 oktyabr, AZƏRTAC
Təəssüf ki, ermənilər tərəfindən işğal olunmuş ərazilərimizdə muzeylərimizin mülkiyyətində olan əlyazmalar və digər vacib sənədlər yox edilib və yaxud onlar oğurlanaraq qara bazarlarda satışa çıxarılıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri oktyabrın 28-də ADA Universitetində səfirlər üçün keçirilən brifinqdə Azərbaycan Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov bildirib.
Həmin sənədlərlə bağlı monitorinqin aparıldığını söyləyən A.Kərimov deyib: “Bu sənədlərin necə geri gətirəcəyimizlə bağlı ictimaiyyət qarşısında məsələ qaldıracağıq. Bura dəyərli eksponatlar, xalçalarımız daxildir. Biz bəzi hərraclarda dəyərli xalçalarımızı tapmışıq. Həmin xalçaları və dəyərli eksponatları ölkəmizə qaytarmağa davam edəcəyik. İşğaldan azad olunan ərazilərdə muzeylərimizi də bərpa etməyə çalışacağıq”.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir