×
A
A
A
Sazlamalar

Azərbaycan MN: Düşmən Tərtər rayonunun ərazisini yenidən atəşə tutub

Bakı, 28 oktyabr, AZƏRTAC 

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 28-də saat 15:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən Tərtər rayonunun ərazisini atəşə tutub.

Ordu 2020-10-28 15:54:00