×
A
A
A
Sazlamalar

Tezliklə zəfər bayrağı bütün Qarabağda dalğalanacaq

İsmayıllı, 28 oktyabr, AZƏRTAC

Bu gün torpaqlarımızın yağı düşmənlərimizdən azad edilməsi uğrunda aparılan müqəddəs müharibədə multikultural və tolerant bir ölkənin bərabər hüquqlu xalqları kimi biz ləzgilər də Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək ön cəbhədə ləyaqətlə döyüşür, tam və qəti qələbə uğrunda çarpışırıq. Hazırda cəbhə bölgəsində kəndimizdən 11 nəfər vuruşur. Hər gün düşmənə sarsıdıcı zərbələr endirərək addım-addım irəliləyən Silahlı Qüvvələrimiz otuz ildən bəri işğal altında olan torpaqlarımızı təmizləyir, bizə sevinc ardınca sevinc bəxş edir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə İsmayıllı rayonunun Sumağallı kəndindən olan 70 yaşlı Rza Salahov söyləyib.
Hazırda təqaüddə olan R.Salahov tarix fənnindən dərs deyib. Ermənilərin bu yerlərə gəlmə olduqlarını söyləyən tarixçi Ermənistanın bir dövlət kimi Azərbaycanın İrəvan xanlığı ərazisində yaradıldığını, bu gün Qarabağ torpaqları hesabına öz ərazilərini genişləndirmək üçün hər cür hiylə və təxribatlara əl atdıqlarını, bir milyon yerli əhalini məcburi köçkün vəziyyətinə saldıqlarını bildirib: “Bunun üçün ermənilər öz havadarlarının köməyinə arxalanaraq Xocalı soyqırımı kimi insanlığa yaraşmayan qətliam törətdilər. Bu gün Silahlı Qüvvələrimiz tərəfindən qovulan Ermənistan ordusu cəbhə bölgəsindən 100-150 kilometr məsafədə olan Gəncəyə, Kürdəmirə, Qəbələyə, Mingəçevirə raket zərbələri endirir, dinc insanları qətlə yetirir. Lakin, haqq-ədalət onları cəzalandıracaq, necə ki, cəzalandırır. Tezliklə zəfər bayrağı bütün Qarabağda dalğalanacaq”.

Regionlar 2020-10-28 15:43:00