×
A
A
A
Sazlamalar

Prezidentin köməkçisi: “Human Rights Watch”u və “Amnesty International”ı Ermənistanın cinayətlərini yerində qiymətləndirməyə dəvət edirik

Bakı, 28 oktyabr, AZƏRTAC

Ermənistan ordusunun Azərbaycanın Bərdə şəhərində törətdiyi soyqırımı aktı nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, onlar hamısı günahsız mülki şəxslərdir. Mülki əhaliyə qarşı kasetli “Smerç” raketlərindən istifadə olunub. Biz Ermənistanın bu cinayətlərini yerində qiymətləndirmək üçün “Human Rights Watch” və “Amnesty İnternational” təşkilatlarını ölkəmizə dəvət edirik.

Siyasət 2020-10-28 15:51:00