×
A
A
A
Sazlamalar

FHN: Ermənistan mülki obyektləri ağır artilleriya və raketlərdən atəşə tutmaqda davam edir

Bakı, 28 oktyabr, AZƏRTAC

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq mülki obyektləri ağır artilleriya və raketlərdən atəşə tutmaqda davam edir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, düşmənin humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya və raket atəşinə tutmaqla dağıntı və yanğınlar törədir.
Oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin raket zərbələri nəticəsində Bərdə şəhərində bir neçə mülki obyekt dağılıb, avtomobillər yararsız vəziyyətə düşüb. Əraziyə FHN-in müvafiq qüvvələri cəlb edilib. Düşmən tərəfinin atəşləri nəticəsində ilkin məlumata əsasən, 19 nəfər həlak olub və 60 nəfərə yaxin insan yaralanıb.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar nazirliyin 112 – “qaynar” telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.

Sosial 2020-10-28 15:38:00