×
A
A
A
Sazlamalar

Son 24 saat ərzində İranda koronavirusdan 415 nəfər ölüb

Tehran, 28 oktyabr, AZƏRTAC

Bu günə olan məlumata görə İranda 6 min 824 nəfər koronavirusa yoluxub, 415 nəfər isə həyatını itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Səadət Lari verib. Onun sözlərinə görə İranda virusa yoluxanların ümumi sayı 558 min 648 nəfərə, ölənlərin sayı isə 33 min 714-ə çatıb.
Müalicəsi davam edən 5 min 12 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 467 min 917 nəfər sağalaraq evə buraxılıb.


Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2020-10-28 15:36:00