×
A
A
A
Sazlamalar

Amerikalı sprinter antidopinq qaydalarını pozduğu üçün yarışlardan diskvalifikasiya edilib

Bakı, 28 oktyabr, AZƏRTAC

Amerikalı sprinter Kristian Koulman antidopinq qaydalarını pozduğu üçün iki il müddətinə cəzalandırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə müstəqil atletika qurumu - Athletics Integrity Unit (AIU) məlumat yayıb.
Məlumatda bildirilir ki, 24 yaşlı idmançı 12 ay ərzində - 2019-cu il yanvarın 16-da, aprelin 26-da və dekabrın 9-da dopinq testlərini buraxdığı üçün diskvalifikasiya edilib.
İdmançının diskvalifikasiyası 2022-ci il mayın 13-dək hesablanır. Kristian Koulman 30 gün ərzində İdman Arbitraj Məhkəməsinə müraciət edə bilər.
Amerikalı sprinter 100 metr və 4x100 metr məsafəyə estafet yarışlarında 2019-cu ildə dünya çempionatının qalibi olub. 2017-ci ildə isə dünya birinciliklərində iki gümüş medal qazanıb. 2018-ci ilin fevralında 60 metrlik məsafəyə qaçışda dünya rekordunu müəyyənləşdirib.

İdman 2020-10-28 15:33:00