×
A
A
A
Sazlamalar

Hikmət Hacıyev: Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan qisasını mülki insanlardan almağa çalışır

Bakı, 28 oktyabr, AZƏRTAC

Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı hücumları davam etdirsə, biz mülki əhalimizin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcəyik.
AZƏRTAC xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 28-də ADA Universitetində səfirlər üçün keçirilən brifinqdə deyib.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan heç bir şəkildə mülki əhalini və obyektləri hədəfə almır. Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan isə qisasını mülki insanlardan almağa çalışır. Lakin Ermənistan tərəfi bu hücumlarını davam etdirərsə, biz mülki vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görəcəyik.

Siyasət 2020-10-28 15:25:00