×
A
A
A
Sazlamalar

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının internet səhifəsi təkmilləşdirilib

Bakı, 28 oktyabr, AZƏRTAC

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinin icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının internet saytının təkmilləşdirilməsi, mobil versiyasının hazırlanması, həmçinin yeni bölümlərin yaradılması təmin edilib.
Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, eyni zamanda, görülən işlərin davamı olaraq narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə vətəndaşların aktiv fəaliyyət göstərməsi üçün saytda onlayn müraciət bölümü yaradılıb.

Sosial 2020-10-28 15:23:00